☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Aygün Bağırlı: “Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”

12.10.2026 | 15:14

“Məktəblərdə vahid forma tətbiqi tədris müəssisələrində daxili nizam-intizamın tərkib hissələrindən biri kimi qiymətləndirilməlidir”.

Bunu açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı deyib.

Onun sözlərinə görə, məktəblinin hər hansı açıq-saçıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərindən istifadəsi qəbul edilmir:

"Şagirdin geyim tərzi valideynin sosial imkanlarını, yaxud dünyagörüşünü nümayiş etdirməməlidir. O təhsildə ancaq zəkası və fərdi bacarıqları ilə fərqlənməlidir", - Aygün Bağırlı qeyd edib.

science.gov.az